Dünya Su Şurasının nümayəndə heyəti Bakıdadır

Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
Dünya Su Şurasının nümayəndə heyəti Bakıdadır

Dünya Su Şurası və "Azərsu" ASC-nin nümayəndə heyətləri martın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə