Mübariz Qurbanlı: "Dünyada sülhü bərpa etmək üçün beynəlxalq təşkilatlar birləşməlidirlər"
"Bu gün dünyada İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur". SİA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam həmrəyliyi-zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin təşəbbüsü ilə 2017-ci ilin "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır:" Ölkəmizdə "İslam həmrəyliyi" ilinin elan edilməsi təkcə din sahəsində deyil, digər sahələrin bir-birinə dəstək olmasıdır. Bu gün dünyada dini zəmində münaqişələr gedir. Həmin münaqişələrdə 700-dən artıq qruplar iştirak edir. Lakin ən təəsüfedici məqam bu münaqişələrin çoxusunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu düşündürücü məsələdir".
Komitə sədri söyləyib ki, müsəlman ölkələrində gənclərin sayı digərlərindən daha cox olmaqla yanaşı, xüsusi çəkisi də digərlərindən daha artıqdır:"İslomofobiyaya qarşı mübarizədə islam ölkələri bir olub, idoloji cəbhədə mübarizəmizi gücləndirməliyik. Son zamanlar islomofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir. Çox təəssüf ki bəziləri islam haqında müxtəlif mənfi rəylər formalaşdıraraq guya onun dünya üçün təhlükəli olduğunu bildirir, hətta islamı terrorla eyniləşdirirlər".
M.Qurbanlı əlavə edib ki, Azərbaycan müstəqiliyini bərpa etdikdən sonra islam dəyərlərinin qorunub saxanması istiqamətində mühüm işlər görülüb, ölkəmizdə çoxlu sayda məscidlər tikilib, bərpa olunub, bundan başqa digər dinlərin məbədləri də dövlət hesabına təmir edilir:"Bütün bunlar bu ölkəmizdə mövcüd olan tolerantlığın nümunəsi, Azərbaycanın yaşayış tərzidir. Bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir. Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB