Allahşükür Paşazadə: "Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir"

Allahşükür Paşazadə: "Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir"

"Bu bir həqiqətdir ki, dünyada yaşanan böhranlara, qarşıdurmalara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "İslam Həmrəyliyi-zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir. Onun sözlərinə görə, tarixən çoxmillətli və çoxkongensiyalı dövlət, İslami dəyərlər olan Azərbaycanda sabitlik mövcuddur: "Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələr arasında vəhdətin qurulması proseslərində öndə getməyə qadirdir".

Şeyxülislam qeyd edib ki, bu gün dünyada dini və milli zəmində ekstremizm tüğyanı, ksenofobiya, islamafobiya radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən amil dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Dünyanın müxtəlif nöqtələrində insan qırğını, dini-mədəni irsin məhvi prosesləri-zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə