Bu gün Bakıda "İslam həmrəyliyi zamanın çağırışı" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra konfransda "Azərbaycan multikulturalizm dəyərləri" filmi nümayiş olunub. Filmdən sonra Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Milllətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlı, AMEA-nın prezidenti Akif Əlizadə və digərlərinin çıxışı gözlənilir.
Məlumat üçün nəzərinizə çatdıraq ki, beynəlxalq konfransın sonunda tədbir iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB