İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi "Mercer" 8-ci dəfə Vyananı dünyanın ən yaşamalı şəhəri elan edib. "Yaşayış keyfiyyəti"nə görə dünya şəhərlərinin yeni siyahısında ilk onluqda Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci, Münxen 4-cü, Düsseldorf 6-cı, Frankfurt 7-ci, Cenevrə 8-ci, Kopenhagen 9-cu və Bazel 10-cu yerləri tuturlar.
Dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər diqqət mərkəzində dayanır. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malikdir.
Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB