ŞKTC-nin Bakıdakı nümayəndəsi “SƏS” Media Qrupda olub FOTOLAR - SƏS TV
Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuq Turganer "SƏS" Media Qrupun qonağı olub. SİA-nın məlumatına görə, qonaq Media Qrupun rəhbəri Bəhruz Quliyevlə görüşüb.
U.Turganer bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətində təhsil və turizm önəmli sahələrdir və Azərbaycanla bu iki sektor üzrə əlaqələri daha da genişləndirmək istəyirlər: "Biz Azərbaycandan daha çox tələbənin Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində təhsil almasını istəyirik. Bizim universitetlərimizdə təhsil yüksək səviyyədədir".
B.Quliyev isə Azərbaycan media rəhbərlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfərini xatırladıb və həmin səfər zamanı universitetlərlə tanış olduqlarını qeyd edib. O bildirib ki, Şimali Kiprdə həqiqətən yüksək səviyyədə təhsilin şahidi olublar. Eyni zamanda geniş turizm imkanları mövcuddur.
Görüşdə qeyd edilən sahələr üzrə əməkdaşlığın inkişafında medianın rolu vurğulanıb, həmçinin bir sıra təkliflər irəli sürülüb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB