Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə "Hərəmiz bir könüllü" layihəsi həyata keçirilib. Könüllü fəaliyyətinin paytaxt və region gəncləri arasında geniş təbliği məqsədilə keçirilən layihə Bakı, Bərdə, Qəbələ, Sabirabad, Masallı gənclərini əhatə edib.
"ASAN Könüllüləri" Təşkilatının məlumatında deyilir ki, layihə çərçivəsində təşkil olunan müxtəlif təlim və seminarlarda ümumilikdə 145 gənc iştirak edib. Layihə iştirakçılarına "ASAN xidmət" mərkəzlərində könüllü olaraq təcrübə keçməsi üçün şərait yaradılıb.
Əsli İbrahimovanın rəhbəri olduğu "Hərəmiz bir könüllü" layihəsinin məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq, ümumi inkişafına dəstək olmaq, onlara könüllü fəaliyyətini aşılamaq, müxtəlif təlim və seminarlarla gənclərdə sosial, mənəvi məsuliyyət hissi yaratmaq, onları "ASAN xidmət" mərkəzlərinin işi ilə yaxından tanış etmək və "ASAN" könüllülərinin fəaliyyəti haqqında ətraflı məlumatlandırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB