XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: "Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 2017-ci il martın 12-də Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB