"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə aviareyslərin sayını artırır. Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, bununla bağlı müvafiq razılıq əldə edilib. Aviareyslər "Airbus A319" markalı təyyarə ilə yerinə yetiriləcək. Hazırda AZAL qeyd edilən marşrut üzrə həftədə 7 dəfə uçur. Razılığa əsasən martın sonundan etibarən uçuşların sayı 8-ə, mayın 2-dən reyslərin sayı 9-dək, mayın 4-dən isə 10-dək artırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB