İraqın təhlükəsizlik qüvvələri Mosulun qərb hissəsinin üçdəbirini, bundan əvvəl isə şərq sahilini İŞİD terror qruplaşmasından azad edə bilib. Bu bəyanatla əməliyyatın komandanlığı çıxış edib. Euronews telekanalı xəbər verir ki, hərbçilər, həmçinin meqapolisi tam əhatəyə almağa müvəffəq olublar. İraq ordusunun amerikalı müşavirləri hesab edirlər ki, beləliklə, tələdə olan terrorçuların aradan götürülməsi yalnız zaman məsələsidir.
ABŞ prezidentinin koalisiyadakı nümayəndəsi Bret Makqurk: "Terrorçular vaxtilə İraqda ələ keçirdikləri ərazilərin 60 faizindən çoxunu itiriblər. Onların itkiləri hər gün daha da artır. Biz koalisiya üzrə yerli tərəfdaşlarımızla birgə İraq və Suriyada ümumilikdə 50 min kvadratkilometr ərazini İŞİD-dən azad etmişik".
Bununla yanaşı, şəhərin qərb hissəsindən qaçqınlar artmaqda davam edir. Mosulun qərb sahili uğrunda döyüşlərin başlandığı fevralın 19-dan indiyədək oradan 100 minə yaxın insan çıxıb. BMT-nin məlumatına görə, meqapolisin hər iki hissəsindən köç edənlərin sayı artıq 215 mini ötüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB