Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

DQİDK-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbul Şabran şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 60/A) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə