Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda işlərə başlanılıb FOTOLAR

Mehriban Əliyevanın tapşırıqlarının icrası ilə bağlı Səbail rayonunda işlərə başlanılıb FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş ilk müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi, qaçqın rayonların İcra Hakimiyyətlərinin Səbail üzrə nümayəndələrinin, məcburi köçkünlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, görüşü açın elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş müşavirə barədə məlumat vermiş, qeyd etmişdir ki, son illərdə doğma yerlərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli ilə bağlı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük işlər həyata keçirilib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərindən biri olub. Öz dərin intellekti və biliyi, nəcib əməlləri ilə dünya ictimaiyyətinə yaxşı tanış olan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın ölkənin birinci vitse-prezidenti təyin olunmasından sonra keçirdiyi ilk müşavirənin məhz məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələlərinə həsr olunması bir daha sübut edir ki, bu gün Azərbaycan dövlətinin siyasətinin ən mühüm istiqamətlərindən biri ağır sosial vəziyyətdə yaşayan insanlara kömək etməkdən ibarətdir.

Bildirilib ki, RİH-də yaradılan işçi qrup tərəfindən qısa müddət ərzində rayondakı məskunlaşma yerlərinə baxış keçirilmiş, qəzalı və yararsız şəraitdə olan məskunlaşma yerləri müəyyən olunmuş, buradakı şəraitin yaxşılaşdırılması və digər məsələlərlə bağlı rayon xidmətlərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda məcburi köçkünlərin işlə təmin olunması məqsədi ilə rayonun idarə və təşkilatlarında, şirkətlərdə, tikinti sahələrində 100-dən çox vakant iş yeri müəyyənləşdirilən və onların siyahısı məcburi köçkünlərə təqdim olunub. Müşavirədə bildirilib ki, tapşırıqların icrası kompaniya xarakterli deyil, daimi olacaq və yerlərdə artıq bu işlərə başlanılıb.

Toplantıda çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə