Hollandiya hadisələrində FETÖ izi ŞOK

Hollandiya hadisələrində FETÖ izi ŞOK

Hollandiyadakı Türkiyəyə qarşı aparılan xain kampaniyanın pərdə arxasında FETÖ-nün Niderland təşkilatlanması çıxdı. SİA-nın verdiyi məlumata görə, Hollandiyadakı faşist qrupları ilə birlikdə hərəkət edən FETÖ-cü xainlər 16 Aprel referendumunda Avropada yaşayan türklərin "Xeyr" səsi verməsi üçün lobbi çalışmalarına start verdiyi bildirilir. FETÖ-cü xainlər 7 ildir irqçi PVV partiyasının lideri, Türkiyənin açıq düşməni Geert Vildersə siyasi rüşvət verdiyi öyrənildi.

Hollandiyadakı bütün çirkli fəaliyyətlərin başında FETÖ-nun bölgə imamı Mustafa Ermekin durduğu öyrənildi. Terrorbaşı Gülən ilə Papa arasında keçirilən görüşdə tərcüməçi kimi iştirak edən Mustafa Ermek başda Hollandiya olmaq üzrə bir çox Avropa ölkəsində kölgə imam olaraq vəzifə yerinə yetirir.

Hollandiyanın imamı isə Turan Yazır adlı bir FETÖ-cü xaindir. Qürbətçilər Akyazılı Vəqfi vasitəsilə bir çox türk vətəndaşı aldadan Turan Yazır Hollandiyada bələdiyyə məclisinin üzvüdür. Hollandiyadakı 15 Mart seçkilərində irqçi PVV Partiyası ilə FETÖ arasında əlaqəni quran Turan Yazır təxminən 5 ildir Niderland imamı olaraq vəzifə yerinə yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə