Ərdoğan: "Hollandiyada faşizm baş qaldırıb" SƏRT REAKSİYA

Ərdoğan: "Hollandiyada faşizm baş qaldırıb" SƏRT REAKSİYA

Hollandiyada baş verənlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı məsələyə sərt şəkildə müdaxilə etməyə sövq edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan vətəndaşlarla keçirdiyi görüşdə Hollandiya hökumətini səriştəsizlikdə, beynəlxalq qanunlara hörmətsizlikdə, iki ölkə arasına münasibətlərə zərər vurmaqda itiiham edib: "Hollandiya bizim xarici işlər nazirinin səfərini ləğv etməsi heç bir çərçivəyə sığmır. Nə olar, onlar bizim təyyarənin enişinə icazə vermir, biz də eyni addımı atarıq. Görək kim günahkar çıxacaq. Onlar heç bir qanun tanımadıqlarını göstərirlər, Hollandiyada faşizm hakimiyyətə gəlib. Onların rəsmi nümayəndələri Türkiyəyə gələ biləcəklərmi, əlbəttə yox. Biz sadə vətəndaşları demirik, söhbət rəsmi şəxslərdən gedir. 16 apreli gözləyək, kimin kim olduğu onda bilinəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə