Avropa ölkələrində son günlər Türkiyəyə və Türkiyə vətəndaşlarına qarşı diskrinimasiya halları getdikcə artır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hətta məsələ o qədər böyüyüb ki, Türkiyənin rəsmi şəxslərinə qarşı da zorakılıq edilir, görüşləri ləğv edilir, səfərləri bilərəkdən təxirə salınır. Hollandiyada yaşanan diplomatik skandal sonrası Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya Türkiyəyə dönməyə məcbur olub.
Hollandiya polisi Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Qayanın Almaniyadan quru yolu ilə getdiyi Rotterdamda Türkiyə səfirliyinin rezidensiyası önündəki yolu giriş-çıxışa bağlayıb. Səfirliyə girməyə çalışan nazir Kaya ilə Niderland polisi arasında yaşanan dialoq isə tam bir skandala səhnə olub. Hollandiya polisi Ailə və Sosial Siyasətlər naziri Dr.Fatma Betül Sayan Qayaya Hollandiyanı tərk etməsi lazım olduğunu söyləyib. Hollandiya polisi "getmədiyiniz təqdirdə barənizdə başqa tətbiqlər görə bilərik. Məsələn, sizi içəri də ata bilərik!", deyərək diplomatik bir skandala imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB