ANAMA açıqladı: Ağcabədidə tank əleyhinə mina tapılıb

ANAMA açıqladı: Ağcabədidə tank əleyhinə mina tapılıb

Ağcabədi rayonunda partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatında deyilir ki, Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən Qarabağ kanalının kənarına baxış keçirilərkən, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib. Aşkarlanmış partlamamış hərbi sursat məhdud daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib. 400 kv.m. ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə