Qubalı dindarların birgə cümə namazı

Qubalı dindarların birgə cümə namazı

Ölkəmizdə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ilə əlaqədar olaraq martın 10-da Quba şəhəri "Ərdəbil" məscidi dini icmasının təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Həmrəylik birliyimizdir!" adlı görüş keçirilib. Tədbirdə İslam dininin müxtəlif ənənəvi məzhəblərinin nümayəndələri, ağsaqqal və gənc dindarlar iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazisi Naib Səttarov Azərbaycanda mövcud olan dini dözümlülük və tolerant mühitdən danışaraq bildirib ki, respublikamızda dindarlar istədiyi vaxt, sərbəst şəkildə dini ibadət yerlərində rahat ibadət edə bilir. Bu şəraiti Azərbaycan dövləti yaradıb.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov dövlət–din münasibətlərinə toxunaraq qeyd edib ki, Azərbaycanda dini stabillik daim qorunur və bu, digər dünya dövlətlərinə də nümunədir.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bildirib ki, bu görüş Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması fonunda mühüm əhəmiyyət daşıyır və dindarlarımızın vəhdət şəkildə ibadət etmələri üçün daha böyük imkanlar yaradır.

Daha sonra dindarlar birgə cümə namazı qılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə