FHN Xəzərdə dörd balıqçını xilas edib

FHN Xəzərdə dörd balıqçını xilas edib

Martın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 kilometr məsafədə balıq tutmaq məqsədilə dənizə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə dərhal yerinə cəlb edilib. Operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.

Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə