Deputatlarımız Berlinə səfər edəcəklər

Deputatlarımız Berlinə səfər edəcəklər

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev martın 9-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətinin məlumatında deyilir ki, deputatlar Almaniya Bundestaqında olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq. Səfər martın 15-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə