6-10 mart tarixlərində Amerika Birləşmiş Ştatlarının NyuYork şəhərində BMT-nin Statistika Komissiyasının 48-ci sessiyası və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində nailiyyətlərin ölçülməsinə həsr olunmuş rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov iştirak edib.
2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik üçün göstəricilər, rəsmi statistikanın islahatı proqramı, regional səviyyədə statistikanın inkişafı, rəsmi statistika üçün böyük məlumatlar, qlobal statistika sistemində keyfiyyətin təmin olunması, rəsmi statistikanın əsas prinsipləri, statistik və coğrafi-məkan məlumatlarından kompleks istifadə, sosial statistika, narkomaniya və narkotiklərin statistikası, milli hesablar, ekoloji-iqtisadi uçot, beynəlxalq müqayisələr proqramı, müəssisələrin reyestrləri, turizm statistikası, iqtisadiyyatı təbii resurslara əsaslanan ölkələr üçün statistika kimi məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB