Yaz havası soyuyacaq? RƏSMİ AÇIQLAMA

Yaz havası soyuyacaq? RƏSMİ AÇIQLAMA

"Yaxın günlərdə Respublika ərazisində hava şəraitində kəskin dəyişiklik gözlənilmir. Hava əsasən yağmursuz keçəcək". Bu Barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, martın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən buludlu, yağmursuz keçəcəyi gözlənilir, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq: "Havanın temperaturu 10-15 dərəcə arasında dəyişəcək. Bölgələrimizdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır,

şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi güclənəcək. Havanın temperaturu 13-18°, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq".

Son günlər hava şəraitinin isti keçməsi ilə bağlı fikirlərini bildirən G. Məmmədova qeyd edib ki, son günlərin hava şəraiti mart ayına görə xarakterikdir: "Əvvəlki illərdə də mart ayında bölgələrdə 18 dərəcə isti hava şəraiti müşahidə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə