ANAMA açıqladı: Lənkəranda tank əleyhinə mina tapılıb

ANAMA açıqladı: Lənkəranda tank əleyhinə mina tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Lənkəran şəhərində dəniz kənarında 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 1 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, ümumilikdə, agentlik tərəfindən yanvarın 1-dən martın 8-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 135 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 974 ədəd partlamamış hərbi sursat, 68 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 956 234 kvadratmetr ərazi (452 192 kvadratmetr ərazi əl ilə, 231 000 kvadratmetr ərazi mexaniki üsulla, 113 000 kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı və 160 042 kvadratmetr ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə