Los Ancelesdə poçt markası buraxılıb
Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb. ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, "Azərbaycan–ABŞ. 25 İllik Dostluq. 1992-2017" sözləri qeyd olunub.
Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB