Lənkəran şəhərinin "Şah" sarayında "8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə şənlik keçirilib. SİA-nın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində İcra başçısı Taleh Qaraşov çıxış edərək rayon qadınlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və uşaq musiqi məktəbləri şagirdlərinin maraqlı konsert proqramı şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
S.Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB