Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində raket tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən SİA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib, 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilib.
Nəticə etibarilə 42 064 kv.m ərazinin 7 464 kv.m-i əllə, 12 800 kv.m-i mexaniki üsulla, 21 800 kv.m-i isə minaaxtaran itlərin dəstəyi ilə yoxlanılıb.
Füzuli rayonunun Qazaxlar kəndində isə mina tapılıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, Qazaxlar kəndi ərazisində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB