Samux rayonunda sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq üçün tədbirlər görülür. Samux Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində kanal və arxların təmizlənməsinə başlanılıb. Artıq 300 km təsərrüfat daxili kanal və arxlar sel sularından təmizlənib. Paralel olaraq sahilbərkitmə işləri aparılır. Əhalinin suvarma suyuna olan ehtiyacın tam yaxşılaşdırılması üçün də geniş işlər görülür. Yeni qazılan 9 subartezian quyusunun hesabına əlavə 500 ha sahənin suvarılmasında yaranan problemlər də aradan qaldırılıb.
İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB