Bölgələrdə fermerlərin şəkər çuğunduruna marağı artıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu il Samuxda 1500 ha ərazidə şəkər çuğunduru əkilib. İlkin hesablamalara görə, təxminən 65 tona yaxın məhsul gözlənilir. Hazırda əkin sahələrində şəkər çuğundurunun səpini başa çatmaq üzrədir.
Qeyd edək ki, şəkər çuğunduru Danimarka və Belçikadan gətirilib. Təkcə ötən il 700 ha-dan 50-55 ton məhsul götürülüb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB