Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə qadınların Azərbaycan cəmiyyətində roluna dair film nümayiş edilib.
Sonra AQUPDK-nın sədri Hicran Hüseynova Prezident İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirilib.
Daha sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında, ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub. AQUPDK-nın sədri Hicran Hüseynova çıxışında deyib ki, Azərbaycanın müstəqilliyindən ötən 25 il ərzində ölkəmiz bütün sahələrdə uğur qazanıb. Bu uğurlarda qadınlarımızın da payı var. Dövlət başçısı hər zaman qadınlara xüsusi qayğı ilə yanaşıb. Prezidentin qadınlarımıza ən böyük hədiyyəsi Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin etməsi oldu: "Bu təyinat hər birimizin ürəyindən oldu. Mehriban xanım sosial humanitar sahədə çox böyük işlər görüb. Həmçinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətləri var".
H.Hüseynova deyib ki, Ulu Öndər Heydər Əliyev qadın siyasətinə hər zaman xüsusi diqqət göstərmiş, qadınlarımızın cəmiyyətdə rolunu yüksək qiymətləndirib. BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakassetin deyib ki, 8 Mart bayramı bütün dünyada qadınlara heç bir fərq qoyulmadan qeyd edilir. O bildirib ki, idarəetmədə, qərarvermədə qadınların rolunun artması cəmiyyət üçün faydalıdır: "Biz Komitə ilə əməkdaşlıq çərçivəsində qadınlarla bağlı regionlarda bir sıra layihələr həyata keçiririk. Əminik ki, Azərbaycan cəmiyyətində qadınların rolu daha da artacaq".
YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva bayram münasibətilə bütün qadınları təbrik edib. Bildirib ki, Azərbaycan qadını xoşbəxt qadındır: "Ölkəmizdə bu gün sabitlik hökm sürür. Biz demokratik ölkənin vətəndaşlarıyıq. Azərbaycan qadını ağıllıdır, müdrük, ləyaqətlidir. Amma bizim qəlbimizdə bir narahatlıq var, bu da Qarabağ münaqişəsidir. Lakin biz müharibədən qorxmuruq. Çünki güclü ordumuz, vətənpərvər övladlarımız var".
Tədbirdə həmçinin, Komitənin "İslam Həmrəyliyi İli" çərçivəsində elan etdiyi fotomüsabiqənin qalibləri təltif edilib.
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova və Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova yubileyləri münasibətilə təbrik ediblər.
Sonda kondert proqramı təqdim edilib. Daha sonra konsert proqramı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB