Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası və Tələbə Gənclər Təşkilatları İttifaqı əməkdaşlıq edəcək

Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası və Tələbə Gənclər Təşkilatları İttifaqı əməkdaşlıq edəcək

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" İctimai Birliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, müqavilədə tərəflərin qeyri-kommersiya fəaliyyətləri ilə bağlı nizamnamələrində göstərilən məqsədlərinə nail olmaları üçün birgə fəaliyyət göstərmələri nəzərdə tutulur. Əsas məqsəd hüquqşünas tələbələrin bilik və bacarıqlarının inkişafı, onlara peşəkar mütəxəssis olmaları üçün praktiki yollarla yaxından kömək göstərməkdir.

İctimai Birliyin sədri Zaur Niftəliyev birgə əməkdaşlığın ölkəmizin mənafeyinə xidmət edəcəyinə, gənc hüquqşünaslar üçün faydalı olacağını vurğulayıb.

ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov da bu əməkdaşlıq çərçivəsində hüquqşünas tələbələr üçün İttifaqın bütün imkanlarından istifadə edərək, təcrübəli və peşəkar hüquqşünasların hazırlanması istiqamətində dəstək verəcəyini bildirib.

Əməkdaşlıq müqaviləsi çərçivəsində səhnələşdirilmiş məhkəmələrin, hüquq olimpiadasının, universitetlərdə hüquqi mövzuda seminarların, tələbələrə təcrübə proqramlarının təşkili, qış və yay məktəblərinin keçirilməsi barədə razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə