Cari ilin yanvar ayının əvvəlinə ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1 faizi, orta ixtisas təhsil müəssisələrində 76,1 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrində şagirdlərin 46,5 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4 faizi və ali təhsil müəssisələrinin tələbələrinin 48,3 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Belə ki, elmi işçilərin 53,3 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.
Bundan başqa, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,7 faiz, sahibkarlar arasında isə 20,9 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizini də qadınlar təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB