Torpaq sürüşdü, yol bağlandı

Torpaq sürüşdü, yol bağlandı

Astara rayonunun Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib. Yolda ən pis vəziyyət Baxışoba və Vənəşekəş kəndlərindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən 3 metrə qədər çöküb, dərəyə doğru sürüşmə böyük bir ərazini əhatə edir.

Torpaq sürüşməsi avtonəqliyyat vasitələrinin hərəkətində bir sıra çətinliklər yaradıb. Yol boyu ərazidə salınmış sitrus bağları da ziyan çəkib.

Qeyd edək ki, Deqədi-Pəlikeş avtomobil yolundan Astara rayonunun 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə