Sabunçu rayon Bakıxanov qəsəbəsi 80 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gələcəyin Milyonçuları" adlı layihənin bağlanış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən layihə rəhbəri Gülən Qasımova layihə çərçivəsində görülən işlər haqqında danışıb.
Daha sonra layihənin təlimçisi Səxavət Hidayətoğlu son illər ölkəmizdə gənc sahibkarlara yaradılan şəraitdən danışmış və gənclərlə diskussiya təşkil edilib. Gənclər onları maraqlandıran suallara cavab tapıb.
Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB