2 saylı "ASAN Kommunal" mərkəzində "Azərbaycan Dəmir Yolları" tərəfindən qatarın gəlişini gözləyənlər üçün istirahət yeri yaradılıb. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, 1 nəfər üçün nəzərdə tutulan Sleep box-da vətəndaşlar sakit şəraitdə TV-yə baxa, öz kompüterlərində işləyə bilərlər.
"Sleep box isti döşəmə, elektron jalüz, kondisionerlə təchiz olunub. İstirahət edən insan qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzarətdə saxlaya bilər. Sleep box-da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir"- deyə, şöbə rəisi qeyd edib.
S. Qədirova əlavə edib ki, əgər tələbat olarsa, Sleep box-ların sayı artırıla bilər: "Hələlik Sleep box-lardan istifadəyə görə, ödəmə məbləği dəqiqləşdirilməyib".
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB