Şəmkirdə YAP Qadınlar Şurasının üzvləri ilə görüş keçirilib FOTOLAR
Şəmkirdə Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir YAP Şəmkir rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, millət vəkili, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri Nüşabə Seyidova, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvləri və rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ilk öncə tədbir iştirakçılarını salamlayaraq, xanımları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara can sağlığı və müvəffəqiyyətlər arzulayıb. Fəxrəddin Vəliyev qeyd edib ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Çıxış edən millət vəkili, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva bütün qadınları təbrik edib və bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Sonra YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının sədri Nüşabə Seyidova, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin müavinləri Aybəniz Nəsibova, Aləmzar Hüseynova, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının üzvlərindən Rəfiqə Mürsəlova, Elvira Allahverdiyeva, Qumru Məmmədova, İlhamə İbrahimova və Arzu Cəfərova çıxış edərək bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə çıxış edən digər qadınlar dövlət qayğısından razılıq ediblər, vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildiriblər.
Tədbirdə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara YAP Şəmkir rayon təşkilatı tərəfindən gül və kitab hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB