3 saylı "ASAN Kommunal" ilin sonunadək istifadəyə veriləcək

3 saylı "ASAN Kommunal" ilin sonunadək istifadəyə veriləcək

"1 saylı "ASAN Kommunal" xidmət yanvarın 15-dən fəaliyyətə başlayıb. 2 ay müddətində 6 mindən çox şəxs bu mərkəzin xidmətlərindən yararlanıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib. O, bildirib ki, ilin sonuna qədər Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzi Xətai rayonunda istifadəyə veriləcək: "Mərkəzlərdə dövlət xidmətləri ilə yanaşı, özəl sektorların fəaliyyətindən də yararlanmaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə