2 saylı "ASAN Kommunal" fəaliyyətə başladı

2 saylı "ASAN Kommunal" fəaliyyətə başladı

Bu gün Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər. 2 saylı "ASAN Kommunal" mərkəzində "Azərişıq", "Azərsu" və "Azəriqaz" tərəfindən 45 növ xidmət göstəriləcək.

Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı "ASAN Kommunal" mərkəzinin rəsmi açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə