Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində beş evə baxış keçiriblər. Baxış zamanı 484 qəlpə, 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket "PQ-7VM" aşkar edilib. Gün ərzində 35 min 520 kvadratmetr ərazi - 11 min kvadratmetr əl ilə, 11,4 kvadratmetr mexaniki üsulla və 13 min 120 kvadratmetr minaaxtaran itlərlə yoxlanılıb.
Agentlikdən verilən məlumatda deyilir ki, 28 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 118 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. On partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik "OF-832", 2 ədəd 120 millimetrlik minaatan mərmisi "OF-843", 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (1 ədəd "PQ-7VL" və 1 ədəd "PQ-7VM"), 1 ədəd "PQ-7" raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd 100 millimetrlik "OF-412" top mərmisi), 3 piyada əleyhinə "OZM-72" minası və 28 tank əleyhinə mina (4 tank əleyhinə "TM-57" minası və 24 "TM-57" tank əleyhinə minanın partladıcısı "MVZ-57") aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə, 840 min 944 kvadratmetr ərazi - 392,2 min kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr "Sensys" dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
ANAMA tərəfindən yanvarın 1-dən martın 3-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 122 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1970 partlamamış hərbi sursat, tank əleyhinə 66 və piyada əleyhinə 5 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 875 min 538 kvadratmetr ərazi (426 min 596 kvadratmetr ərazi əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr "Sensys" dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB