Stiven Kinqin “Seçilmiş əsərləri” işıq üzü gördü

Stiven Kinqin “Seçilmiş əsərləri” işıq üzü gördü

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli yazıçı Stiven Kinqin "Seçilmiş əsərləri" kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, roman və hekayələrdən ibarət kitab müəllifin zəngin yaradıcılığının ayrı-ayrı mərhələləri haqqında kifayət qədər dolğun təsəvvür yaradır. Yazıçının kitabları indiyədək 350 milyondan artıq tirajla satılıb.

Əsərləri dilimizə Etimad Başkeçid tərcümə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə