Umud Rəhimoğlu: "Düşmənlə informasiya cəbhəsində də müharibə aparırıq" AÇIQLAMA
"Mətbuat erməni mənbələrinə istinadən hər hansı məlumatı yaymaqla yanlışığa yol verməməlidir. İşğala məruz qalan Azərbaycan kimi ölkədə erməni mənbələrinə istinadən materialların Azərbaycan resurslarında yayılması yolverilməz haldır". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
M.Ş sədr müavini bildirib ki, sosial şəbəkədən istifadə edən hər bir azərbaycanlı bu kimi məsələlərdə diqqətli olmalıdır: " Vətəndaşlarımız yaydıqları materialların ölkəmizin mənafeyinə uyğun olmasına, cəmiyyətimiz də hansı çaşqınlara səbəb olacağına önəm verməlidir. Son günlər cəbhədə baş verənlərlə bağlı müxtəlif mənbələrdən məlumatlar yayılır. Lakin unutmamalıyıq ki, biz düşmən ölkə ilə həm təmas, həm də informasiya cəbhəsində müharibə aparırıq. Bu baxımdan media mənsublarımız bu məsələyə daha həssas yanaşmalı, istinadə etdikləri məlumatlara diqqət etməlidirlər".
Mətbuat Şurasının bu istiqamətdə dəfələrlə çağırışlar etdiyini dilə gətirən U.Rəhimoğlu söyləyib ki, məlumatlar yalnız Müdafiə Nazirliyinə istinad olaraq yayılmalıdır: "Müdafiə Nazirliyi cəbhədə baş verənlələ əlaqədar məlumat yaymadıqda məsələyə təmkinli yanaşılmalıdır. Hesab edirəm ki, bu məsələdə olan boşluqların aradan qaldırılmasında təkcə media deyil, hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, dövlətimizə xələlə gətirəcək informasiyalar yaymalıdırlar".
Düşmən mənbələrinə istinadən edən media resurslarının cəzalandırılması məsələsinə gəldikdə Şuranın sədr müavini qeyd edib ki, bu cür problemlərin aradan qaldırılması üçün insanlar ilk növbədə maarifləndirilməlidir: "Əlbəttə qanunvericilikdə də müəyyən boşluqlar var ki, bu istiqamətdə də iş görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB