Zərdab rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə aktiv gənc, idman ustası Nərmin Camalzadənin "Milli Məfkurəmiz" adlı layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Zərdab rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov açaraq iştirakçıları salamlayıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən Gənclər Siyasətindən bəhs edib.
Layihə rəhbəri Nərmin Camalzadə Layihə barədə məlumat verərək, bu istiqamətdə görüləcək işlərdən danışıb. Layihənin təlimatçısı, eyni zamanda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvü Mədinə Əliyeva çıxış edərək Azərbaycançılıq ideologiasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, bu ideologoyanın ölkəmizə qarşı yönəlmiş mənfi amillərin qarşısında sipər olduğunu diqqətə çatdırıb.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirildi, mövzu ətrafında müzakirələr aparılıb.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB