"Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” YENİLƏNİR
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində "Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası" (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradova, Ağdam və Şuşa rayonlarının İcra Hakimiyyətinin başçıları, millət vəkilləri, media kapitanları, ziyalılar və digər qonaqlar iştirak edirlər.
Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. İlk çıxış edən universitetin rektoru Gülçöhrə Məmmədova bildirib ki, layihə çox önəmlidir. Təşəbbüsün tələbələr tərəfindən irəli sürüldüyünü deyən rektor qeyd edib ki, tələbələrdə ruh yüksəkliyi, təhsilə həvəs böyükdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB