Xarici ölkələrin hərbi attaşeləri Ali Hərbi Məktəbdə olublar

Xarici ölkələrin hərbi attaşeləri Ali Hərbi Məktəbdə olublar

Xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib. Qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə