DİM Direktorlar Şurasının sədri qəbul keçirəcək

DİM Direktorlar Şurasının sədri qəbul keçirəcək

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə martın 10-da Qobustan rayonunda vətəndaşlarla görüş keçirəcək. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Qobustan rayonunda keçiriləcək görüşdə Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul mart ayının 10-da saat 11:00-da Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında (Ünvan: Qobustan ş. H.Əliyev prospekti ) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə (ünvan: Göyçay ş. R. İsayev k., 43, əlaqə telefonu: (020) 274 66 74) şəxsiyyət vəsiqəsilə birlikdə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə