8200 ədəd siqaret aşkar edilib

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C-180" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin ön ayaqaltı hissəsindən və ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact"markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə