Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2017-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma qaydaları" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. MEK-dən SİA-ya verilən xəbərə görə, Mərkəzi Elmi Kitabxananın mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı MEK kollektivinə və oxuculara geniş məlumat verdi.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı kitabxana ərazisində MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli, dərindən təhlil edilməsdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB