İsmayılov Oruc Qələndər oğlu 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Dünyaya gəldikdən 9 ay sonra sol böyrəyində problem yaranıb. 2010-cu ilə kimi müalicə olunsa da, heç bir nəticəsi olmayıb, əksinə vəziyyəti daha da ağırlaşıb. 2010-cu ildə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əməliyyat olunub və sol böyrəyi çıxarılıb. Bundan sonra səhhəti daha pisləşib. 2014-cü ildə evdə olarkən boğazından beyninə gedən damar partlayıb, burnundan qan axmağa başlayıb. Həkimlərin qoyduğu diaqnoza görə, bunun səbəbi sağ böyrəyindəki problemlərlə bağlıdır. Nəhayət 2015-ci ilin sentyabr ayından sağ böyrəyi də öz fəaliyyətini tamamilə itirib və dializ xəstəsinə çevrilib. Həftədə 3 dəfə dializə gedən Orucun vəziyyəti gün keçdikcə daha da pisləşir. Sevindirici haldır ki, Oruca öz böyrəyini vermək istəyən donor tapılıb. Sadəcə əməliyyat üçün 20 min manat vəsait tələb olunur. Həkimlərin sözlərinə görə, qısa bir müddətdə Oruc İsmayılov əməliyyat olunmazsa, həyatı təhlükə qarşısında qala bilər.
Maddi sıxıntılar içində yaşayan 25 yaşlı gənc və onun ailəsi xeyirxah insanlardan yardım gözləyir. Ömrünün baharını yaşayan Oruc həyatının bütün fəsillərini yaşamaq istəyir. Bunun üçün imkanlı və mərhəmətli insanların maddi dəstəyinə ehtiyacı var.
Əlaqə nömrəsi - 050 551 72 60
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB