Səfir Varşavada azərbaycanlı gənclərlə görüşüb

Səfir Varşavada azərbaycanlı gənclərlə görüşüb

Polşanın Vişeqrad Qrupuna sədrliyi çərçivəsində bu ölkənin Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə Vişeqrad və Şərq Tərəfdaşlığı ölkələrinnin nümayəndələri üçün "Gənclərin insan hüquqlarına" rolu mövzusunda seminar keçirlib. SİA-ya ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, seminarda Azərbaycanı Müşfiq Cəfərov (Gəncə şəhər Gənclər və idman baş idarəsinin rəisi), Nadir Bayramov (Şuşa rayon Gənclər və idman idarəsinin rəisi), İlhamə Qasımzadə (AR Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə koordinatoru), Fərahim Əkbərov (Avropanın Gənc Azərbaycanlı Dostları Assosiyasiyasının sədri) və Ülvi Əhmədov (Avropa Hüquqşunas Tələbələr Assosiyasiyası-Azərbaycan İctimai Biryliyinin layihələr üzrə direktoru) təmsil ediblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov seminarda ölkəmizi təmsil edən gənclərlə görüşüb. Görüşdə səfir gənclərin suallarına cavab olaraq, Azərbaycan dövlətçiliyi, müasir xarici siyasəti, ölkəmizin maraqlarında olan aktual məsələlər, eyni zamanda Azərbaycan və Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyəti, səfirliyin fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Qeyd olunanlarla yanaşı, milli dəyərlər ətrafında gənclərlə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə