"Çox təəssüf ki, bəzi saytlarda, sosial şəbəkələrdə son günlər cəbhədə gərginliyin artması ilə bağlı düzgün, ölkəmizin mövqeyinə uyğun olmayan informasiyalar yayıldı. Bununla bağlı Mətbuat Şurasının xəbərdarlığı, eləcə də müxtəlif ekspertlərin məsələ ilə əlaqədar fikirləri səsləndirilsə də, bəziləri buna əməl etmədilər". Bunu SİA-ya açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Sosial şəbəkələrin nəzarətsiz zona olduğunu deyən baş redaktor bildirib ki, burada ölkəmizin maraqlarına güdməyən şəxslər cəmiyyətə informasiya diktə etmiş kimi davranırlar.
"Ölkəmizdə peşəkar media ordusu var ki, onlar belə məsələlərə daha həssas yanaşaraq, hadisələrə geniş prizmadan baxdılar, yayılan şayiələrin qarşısının alınması istiqamətində addımlar atdılar. Amma təəssüf ki, qeyri-peşəkar media resursları var ki, onlar erməni mənbələrinin yaydığı məlumat, foto və videoları yaymaqla düşmənin dəyirmanına tökmüş olurlar. Belə halların qarşısı alınmalıdır. Hər bir sosial media təmsilçisi, vətəndaş ölkəmizin maraqlarını güdməli, yazdıqları hər bir şərh və fikrə ciddi fikir verməlidirlər. Biz düşmənin bizi izlədiyini unutmamalıyıq. Çünki, bəzən düşmən öz məqsədlərində həmin yazılardan istifadə edərək cəmiyyəti yönləndirməyə cəhd edir "- deyə, A.Aşırlı qeyd edib.
Ölkəmizin maraqların zidd yazan internet resurslarının cəzalandırılmasına gəlincə, baş redaktor vurğulayıb ki, bəzi qanunvericilik aktlarında dəyişikliyə ehtiyac var. : "Bəzi media resursları qanunvericilik aktlarında mövcud olan müəyyən boşluqlardan istifadə edir. Bu boşluqların aradan qaldırılması üçün bəzi qanunlara dəyişiklik edilməlidir. Eyni zamanda internet resurslarının tənzimlənməsi ilə bağlı qanuna ciddi ehtiyac var. Belə qanun olarsa, düşünürəm ki bu kimi problemlər aradan qaldırıla bilər"
Bu gün Ermənistanın xof içərisində olduğunu deyən A.Aşırlı əlavə edib ki, düşmən ölkədə keçirilən etiraz aksiyaları Serj Sarkisyanın qorxu içində olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB