İnternet qapıya gəlib

Şəmkir rayonun ucqar kəndlərinin telefon və internetlə təmin olunmasına start verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Tatar və Düyərli kəndlərinə telefon xətti çəkilir. Bu məqsədlə artıq 80 dayaq basdırlıb, 3 km-dən artıq xətt çəkilib. İlkin mərhələdə 100 abonentin telefon və internetlə təmin olunması planlaşdırılır.

Qeyd edək ki, Tarat kəndinə yeni ATS quraşdırlıb. Bu da kənd sakinlərinin internetə çıxışını təmin edəcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə