Şəhidimiz Tovuzda dəfn olundu

1997-ci ildə anadan olan Əhmədov Elvin Süleyman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhidimiz Tovuz rayonunun Yanıqlı kəndində dəfn edilib. Rayon İcra Hakimiyyəti və kənd nümayəndələrinin iştirakı ilə dəfn mərasimində şəhidimizin hərbi şücaətindən danışıblar. Vurğulanıb ki, vətənpərvər olan Elvin Süleymanov layiqincə xidmət göstərib. Daha sonra yaylım atəşi ilə şəhidimiz dəfn olunub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə